Rusiyanın yaydığı məlumat təkzib edildi: "Zelenski Ukraynanı tərk etməyib"

media-hightechnic-468x90

Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkədən ayrılması ilə bağlı iddialar təkzib edilib.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Xüsusi Rabitə Xidməti məlumat yayıb.

Qeyd edilib ki, rus işğalçıları Vladimir Zelenskinin Ukraynanı tərk etməsi ilə bağlı saxtakarlığa əl atıblar.

“Bu doğru deyil. Prezident Kiyevdədir”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, bu gün Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında Zelenskinin Polşaya qaçdığını iddia etmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600