“Rusiyanı Əfqanıstanda tora saldıqları kimi, Ukraynada da eynisini etməyə çalışdılar. Lakin görünür ki, planlar istənilən kimi irəliləmədi”.
Bunu Rusiya-Ukrayna müharibəsi fonunda müşahidə olunan aktivliyin gələcək proseslərə təsirindən danışan politoloq Fərhad Mehdiyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərbin təşəbbüsü ilə bu münaqişə ocağının yaradılmasında əsas məqsəd uzunmüddətli müharibə ilə Rusiyanın gücünün zəiflədilməsi idi:
“Bunu hələ Rusiya-Ukrayna müharibəsinin başlanğıcında da müşahidə etmək mümkündür. Qərb sözügedən münaqişə başlamadan öncə Ukraynanı NATO-ya üzv edəcəyini, hərbi gərginlik yarandıqdan sonra isə isə bunun asan olmayacağını dedilər. Daha sonra Ukraynanı dəstəksiz qoyub, Rusiyanın irəliləməsinə imkan verdilər.
Növbəti dəfə isə Ukraynaya hərbi dəstək verərək, Rusiyanı geri çəkdilər. Eyni zamanda, müharibənin uzunmüddətli olması üçün Kiyevə uzaqmənzilli raketlər verilmədi. Bir sözlə, Rusiyanı Əfqanıstanda tora saldıqları kimi, Ukraynada da eynisini etməyə çalışdılar. Lakin görünür ki, planlar istənilən kimi irəliləmədi”.
Nəsimi Ələsgərli
www.yenicag.az