Ruslar müharibə istəyirmi? – “Xüsusi əməliyyat”ı dəstəkləyənlərin sayı azalır – SORĞU

media-hightechnic-468x90

Rusiyanın Ukraynaya qarşı davam etdirdiyi hərbi təcavüzün əleyhinə çıxanların sayı artmaqdadır.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələri bunu göstərir.

Məlumata əsasən, avqustda keçirilmiş sorğunun nəticələrinə əsasən, respondentlərin 70 faizi Rusiyanın Ukraynaya qarşı keçirdiyi “hərbi əməliyyat”ı dəstəkləyir.

Bu fonda müharibə əleyhdarlarının sayı nisbətən artıb və “hərbi əməliyyat”a qarşı çıxan respondentlərin nisbəti 18 faiz təşkil edib.

Rəyi soruşulanların 12 faizi isə Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə münasibət bildirməkdə çətinlik çəkib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa