Rüstəm Behrudi “dar ağacı”na Türkiyədə salam verdi
Tanınmış şair Rüstəm Behrudinin Türkiyədə “Salam dar ağacı” adlı kitabı çap olunub.
Yenicag.az xəbər verir ki, 3 cildən ibarət şeirlər kitabının birinci cildi İstanbulda işıq üzü görüb. 3 cildliyin birinci cildinə türkçü şeirlər və şaman nəğmələri daxil edilib.
Toplunun 2 cildinin sentyabr ayına qədər nəşr olunması da nəzərdə tutulub.
Sentyabr ayına qədər Rüstəm Behrudinin şeirlər toplusunun çapını başa çatdırmağı planlaşdıran “Aras Yayıncılık” nəşriyyatının sahibi, tanınmış jurnalist Kəbutər Haqverdi belə hesab edir ki, kitabların nəşri nəinki təkcə Türkiyə ədəbiyyat sevərlərə, ümumilikdə türk dünyasının dəyərli insanlarına böyük hədiyyə olacaq.
Qeyd edək ki, şairin bundan başqa həyat və yaradıcılığını əks etdirən “Rüstem Behrudi” kitabı da nəşrə hazılanır.