“ABŞ və Qərb, Rusiya prezidenti Vladimir Putinin sülh təklifinin alternativsiz olduğunu qəbul etsələr, Ukrayna böhranının danışıqlar yolu ilə həllini tapmaq mümkündür”.
Yenicag.az xəbər verir ki, bu fikri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov “RİA Novosti”yə verdiyi müsahibəsində bildirib.
Bundan əvvəl isə “The Washington Post” qəzeti mənbələrə istinadən məlumat vermişdi ki, bir sıra ABŞ rəsmiləri Ukraynanı münaqişəni dayandırmaq və ərazi güzəştlərinə getmək üçün bir neçə ay ərzində Rusiya ilə danışıqlara təşviq etməyi nəzərdən keçirir.
“Əgər onlar öz aldatmalarına davam edərlərsə, yaxud hansısa düşünülməmiş planlarda israr edərlərsə, eləcə də hərbi yardım və silah-sursat verməklə vəziyyəti daha da gərginləşdirərlərsə və Kiyevi yeni təxribatlara və cinayətkar əməllərə həvəsləndirərlərsə, onda təbii ki, danışıqlar üçün heç bir əsas olmayacaq. Seçim onların qarşısındadır və olduqca sadədir: ya Putinin təklifini qəbul etmək, ya da daha ağır nəticələr perspektivi ilə olduğu yerdə qalmaq”, – Sergey Ryabkov bildirib.
Xatırladaq ki, iyun ayında Rusiya prezidenti Vladimir Putin Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün bir sıra təşəbbüslər irəli sürüb. Onun sözlərinə görə, Ukrayna ordusu Rusiyanın yeni regionlarının ərazisindən çıxarsa, Moskva dərhal atəşi dayandıracaq və danışıqlara hazır olduğunu bəyan edəcək. Bundan əlavə, Putin qeyd edib ki, Kiyev NATO üzvlüyündən imtina etməli, demilitarizasiya və dövlətsizləşdirmə həyata keçirməli, həmçinin neytral, bloklara qoşulmamış və nüvə silahından azad status qəbul etməlidir.
Rafi Müslümov
www.yenicag.az