Rzayevin bacısı oğlu Sahil Babayevin müşaviridir?

media-hightechnic-468x90

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı Balakən Rayon İcra Hakimiyyətinin icra başçısı İslam Rzayevin bacısı oğlu Elman Mehdiyev barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Yenicag.az Bakupost.az-a istinadən xəbər verir ki, Elman Mehdiyev hazırda Maliyyə Nazirliyində çalışmır.

O 2018-ci ildən maliyyə nazirinin müşaviri vəzifəsində çalışıb və bu ilin əvvəlində həmin vəzifəsindən ayrılıb. Daha əvvəl o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri olub.

Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidmətindən təsdiq ediblər.

Xatırladaq ki, İslam Rzayevin bacısı oğlu Elman Mehdiyevin maliyyə nazirinin müşavini olması barədə məlumat yayılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa