!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saakaşvili yenidən həbsxanaya köçürüləcək

!Reklam – Yazi

“Son həftələrdə Mixail Saakaşvilinin səhhəti yaxşılaşıb və bu, klinikamızın tibb işçilərini çox sevindirir”.

Yenicag.az xəbər verir ki, bunu “Vivamed” klinikasının direktoru Zurab Çxaidze jurnalistlərə açıqlamasında deyib.O, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin son həftələrdə yaxşılaşdığını bildirib.

Bundan əvvəl Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib ki, Saakaşvilinin səhhəti ilə bağlı həkimlərin müvafiq rəyindən sonra o, klinikadan həbsxanaya qaytarılacaq.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti bir ildən artıqdır “Vivamed” klinikasında müalicə alır.

Bir gün əvvəl Saakaşvili sosial şəbəkələrdə Gürcüstan siyasətinə qayıtmaq və ona qarşı bütün məhkəmə proseslərində iştirak etmək niyyəti barədə yazıb.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv