“Saakaşvilinin tərəfdarlarını döyməyin”

media-hightechnic-468x90

61619Gürcüstanın baş naziri Saakaşvilinin tərəfdarlarını döyməməyi xahiş etdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili hakimiyətdə olan “Gürcü arzusu” koalisiyasının tərəfdarlarına sabiq prezident Mixail Saakaşvilinin tərəfdarlarına qarşı zorakılıqdan çəkinməyi xahiş edib.

Yenicag.az anspress-ə istinadən bildirir ki, bu haqda “İnterfaks” xəbər verib. Siyasətçi şəhər sakinləri tərəfindən Saakaşvilinin partiya üzvlərinin döyülməsi haqqında informasiya fonunda çağırış edib.

“Mən Zuqdidi şəhər sakinlərinin keçmiş rejimin nümayəndələri ilə bağlı qəzəbini anlayıram, ancaq mən onlara sakitliyi saxlamağa çağırıram, çünki vətəndaşların belə hərəkətləri “Vahid milli hərəkat” partiyasının aktivləşməsinə şərait yaradır, özünü dünya ictimaiyyətinə qurbanlar kimi təqdim edirlər, bu ölkəyə zərər verir”, – deyə baş nazir bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600