Saatlıda törədilən qətl hadisəsi ilə bağlı cinayət işi açıldı

media-hightechnic-468x90

İyulun 6-da saat 18 radələrində Saatlı rayonu ərazisində 1952-ci il təvəllüdlü Ramiz Ağayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan Yenicag.az-a bildirilib ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Rabil Ağayevin rayonun Dədə Qorqud kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı şüşə parçası ilə xəsarət yetirərək atası Ramiz Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rabil Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600