Sabah 33 dərəcə isti olacaq

media-hightechnic-468x90

Mayın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Gündüz arabir güclənən mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 23-28, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında mayın 25-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

media-ziraat-728x90

Sabah 33 dərəcə isti olacaq

media-hightechnic-468x90

istihava_420x250Sentyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan  verilən məlumata görə, temperaturun gecə 17-22, gündüz 28-33 dərəcə isti olacağı ehtimalı var. Bakıda gecə 18-20, gündüz 31-33 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25 isti, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26 isti, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 isti təşkil edəcək.

Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə temperatur 37 dərəcə istiyə qədər artacaq.

media-ziraat-728x90

Sabah 33 dərəcə isti olacaq

media-hightechnic-468x90

AAAAAALSabah Bakıda şimal küləyi mülayimləşəcək, temperatur bir neçə dərəcə yüksələcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, mayın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Hava əsasən yağmursuz keçəcək, güclü şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 14-17, gündüz 28-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam cənub və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturunun gecə 14-19, gündüz 28-33, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir(aznews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600