Reklam: High Technic
hightechnic

Sabah bu yollar bağlanacaq-SİYAHI

tour (1)Baş Dövlət Yol Polisi İdarəsi sabah Azərbaycanda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağı yolların siyahısını açıqlayıb.

Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 3-cü mərhələsinin keçirilməsi ilə əlaqədar 08.05.2015-ci il tarixdə aşağıdakı yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Ağdaş-Zarağan-Qəbələ yolu:
Ağdaş-Zarağan-Qəbələ yolunun Qəbələdən Zarağanadək olan hissəsi (hər iki istiqamətdə)
saat 09:20-dən 09:50-dək və saat 13:30-dan14:00-dək

Zarağan-Oğuz-Şəki yolu:
Zarağan-Oğuz yolunda Oğuz rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə)
saat 09:30-dan 10:50-dək və 12:30-dan 13:40-dək

Oğuz-Şəki yolunda Şəki rayon mərkəzi daxil olmaqla (hər iki istiqamətdə)
saat 10:40-dan 12:40-dək(aznews).

www.yenicag.az

88