![254092_470205](https://yenicag.az/wp-content/uploads/2016/01/254092_470205-300x130.jpg)
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Havanın temperaturu gecə 0-3 dərəcə şaxta, gündüz 5-9 dərəcə isti, Bakıda gecə 0-2 dərəcə şaxta, gündüz 6-8 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında yanvarın 6-də hava şəraiti gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta olacaq.
www.yenicag.az