Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq

media-hightechnic-468x90

Avqustun 6-da Masallı rayonunun dörd kəndində təbii qazın verilişi dayandırılacaq.

Yenicag.az xəbər verir ki, rayonun Qəriblər kəndində payız-qış tədbirlər planına uyğun olaraq diametri 159 mm-lik qaz xəttin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar Masallı QPS-dən qidalanan Qəriblər, İsilər, Məmmədrza və Əzizabad kəndlərində ümumilikdə 600-ə yaxın abonentin qaz təchizatının 6 avqust saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

“Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir”, – məlumatda vurğulanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa