“Sabah” “Qəbələ”ni məğlub etdi

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

Yenicag.az xəbər verir ki, günün ikinci oyununda “Sabah” “Qəbələ”ni qəbul edib.

“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Görüşdə hesabı qonaqlar açıb. 5-ci dəqiqədə İsnik Alimi penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə Aleksey Kaşuk bərabərlik qoluna imza atıb. 90+3-cü dəqiqədə isə Davit Volkov komandasına qələbə qazandırıb.

Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran “Sabah” ikinci pillədə qərarlaşıb. “Qırmızı-qaralar” 17 xalla beşinci sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə “Qarabağ” səfərdə “Şamaxı”nı 4 cavabsız qolla üstələyib. XII turun digər matçlarında “Turan Tovuz” “Sumqayıt”ı 1:0, “Kəpəz” “Səbail”i, “Neftçi” isə “Zirə”ni 3 cavabsız qolla üstələyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600