“SABAH” qrupları magistraturada da tətbiq oluna bilər

media-hightechnic-468x90

thumb_mikayil089_520“SABAH” qruplarının magistr səviyyələri üçün də tətbiq olunmasına baxıla bilər”.

Bunu jurnalistlərə açıqlmasında təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Azərbaycanda mövcud olan təhsil səviyyəsinin qaldırılması və Azərbaycanın təhsil müəssələrinin xarici təhsil mərkəzləri ilə rəqabət apara bilməsi, təhsilin keyfiyyətində dəyişikliklərin həyata keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən “SABAH” layihəsinin tətbiqinə bu ildən başlanılıb.

Onun sözlərinə görə, bu forum “SABAH” layihəsinin tələbələrini bir yerə gətirən, onların gələcək karyeralarının inkişafı istiqamətində atılan bir addımdır. Bu gün onlar üçün müxtəlif master klaslar keçirilib: “Müxtəlif sferalardan olan insanlarla görüşlər və fikir mübadiləsi apramaq imkanı əldə ediblər. Nazir bildirib ki, bügünkü tədbirin əsl qəhrəmanları tələbələrdir. Həm dövlət orqanları, həm özəl sektorda fəaliyyət göstərən insanların bizimlə olması bu işlərin həyata keçirilməsi çox müsbət bir haldır. Düşünürəm ki, bu layihə ümumilikdə ali təhsilin inkişafına, Azərbaycanın müasir təhsil sistemlərinə uyğunlaşdırılması üçün növbəti bir adımdır”.

Nazir “SABAH” qruplarının magistr səviyyələri üçün tətbiq olunmasına da münasibət bildirib. O deyib ki, bu fikir forum zamanı səsləndirildi və dəyərləndirilməlidir: “Dərhal yerində reaksiya vermək düzgün deyil. Maraqlı təklifdir və biz dəyərləndirməliyik. Bütün tərəflərini nəzərdən keçirdikdən sonra yekun qərar vermək olar”. (salamnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600