Avqustun 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 33-37° isti,
Bakıda gecə 25-27 isti, gündüz 35-37° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 27-28° isti, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacaq.
Avqustun 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.
www.yenicag.az