Sabaha gözlənilən HAVA PROQNOZU

media-hightechnic-468x90

Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600