!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabaha gözlənilən hava proqnozu AÇIQLANDI

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a bildirilib ki, dekabrın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var, şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq. Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8° isti olacaq.

www.yenicag.az

163
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100