Sabaha olan hava proqnozu

media-hightechnic-468x90

sabaha-olan-hava-proqnozu-aciqlandia8adf7aa396772d92942Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi əvəz olunacaq, arabir güclənəcək.

Abşeron yarımadasında gecə 0-3, gündüz 5-10, Bakıda gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 60-65 faiz təşkil edəcək.

Rayonlarda sabah əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600