Sabaha olan hava proqnozu açıqlandı

media-hightechnic-468x90

Martın 9-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunundan 770 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq

Qərb küləyi gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600