Sabaha olan hava proqnozu: Leysan yağacaq, dolu düşəcək

media-hightechnic-468x90

Azərbaycanda iyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata əsasən, Bakıda və  Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq.

Azərbaycanın rayonlarında  hava şəraitinin, əsasən, yağmursuz, lakin axşam bəzi şimal və qərb rayonlarında yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22 isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600