Sabahdan 4 günlük tətil başlayır

media-hightechnic-468x90

Sabahdan Azərbaycanda dörd günlük tətil başlayır.

Yenicag.az xəbər verir ki, qeyri-iş günləri noyabrın 6-sı, 7-si, 8-i və 9-u tarixlərini əhatə edəcək.

Belə ki, Baş nazir Əli Əsədovun oktyabrın 18-də imzaladığı qərarla iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.

Noyabrın 6-sı bazar gününə təsadüf etdiyindən qeyri-iş günüdür. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür.

Beləliklə, noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olacaq.

Qeyd edək ki, növbəti iş günü noyabrın 10-da olacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa