Dekabrın 15-də gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Yenicag.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə arabir yağıntılı olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi əvəz olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq. Atmosfer təzyiqi 775 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 50-55% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmusuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13°, yüksək dağlıq ərazilərdə 17-22° şaxta, gündüz 5-10° şaxta olacaq.
www.yenicag.az