Sabiq daxili işlər naziri də həbs edilə bilər

153363_res_01Türkiyənin sabiq daxili işlər naziri İdris Naim Şahin hərbi çevrilişə cəhdlə əlaqəsi olmasına görə həbs edilə bilər.

“Sabah” qəzetinin məlumatına görə, o, həm də 2011-ci ilin dekabrında Şırnak vilayətində 34 sakinin ölməsində ittiham olunur. Onlar qaçaqmalçı olublar, lakin guya PKK ilə bağlantıları olduqlarına görə məhv ediliblər.