!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sabiq polis əməkdaşına qarşı təxribat - “Qanında qarışıq olan biriləri fotomontaj ediblər”

!Reklam – Yazi

Sosial mediada sabiq polis əməkdaşı Fəxrəddin Hacıyev ilə bağlı təxribat xarakterli kollaj yayılıb. Belə ki, bu şəxsin öz portretini ofisinin divarına ölkə rəhbərliyi ilə yanaşı vurduğu iddia olunub.

Əməkdaşımıza bu barədə açıqlama verən Fəxrəddin Hacıyev bunun özünə və ailəsinə qarşı təxribat cəhdi olduğunu vurğulayıb:

“Mənim və ailəmin cənab Prezidentə və Ulu Öndərimizə sədaqətimiz birmənalıdır. O ofis isə anamın otağıdır və sizə təqdim etdiyim şəkildən də görəcəyiniz kimi, bir tərəfdə cənab Prezidentin, digər tərəfdə isə Ulu Öndərimizin şəkli var. İllərdən bəri bu belə olub və olacaq. Ancaq qanında qarışıq olan biriləri fotomontaj edərək, mənə qarşı təxribat cəhdinə yol veriblər. Bununla bağlı hüquq-mühafizə orqanlarına da müraciət edəcəyəm və inanıram ki, bizə qarşı bu çirkin iftiranı atanlar qısa zamanda öz layiqli cəzalarını alacaqlar. Biz Azərbaycan Ali Baş Komandanının əsgəriyik və dövlət böyüklərimizə qarşı sayğı göstərmək mənəvi borcumuzdur”.

Qeyd edək ki, F.Hacıyevin təqdin etdiyi fotodan aydın görünür ki, anasına məxsus ofisdəki şəkil sabiq polis əməkdaşının dediyi kimidir.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv