Sabiq sektor müdiri Milli Məclisi məhkəməyə verdi

media-hightechnic-468x90

Milli Məclisin sabiq sektor müdiri məhkəməyə müraciət edib.

Yenicag.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, Milli Məclisin Beynəlxalq münasibətlər şöbəsinin Beynəlxalq parlament təşkilatları ilə iş sektorunun müdiri işləmiş Rahim Sərhad oğlu Axundov inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlı Ali Məhkəməyə müraciət edib.

R.Axundov kassasiya şikayətində sərəncamın ləğv edilməsi, işə bərpa olunma və məcburi işəburaxma üçün əmək haqqının ödənilməsi tələbini qoyub. Məhkəmə prosesi hakim İspəndiyar Şəfiyevin sədrliyi ilə keçiriləcək.

Onu da bildirək ki, Rahim Axundov 1-ci və 2-ci instansiya məhkəmələrini uduzub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600