Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sabir Rüstəmxanlı İranda Azərbaycan dilində təhsilə icazə barəsində: “Gözə kül üfürürlər” – VİDEO

“Əgər dedikləri kimi Azərbaycan dili İranda tədris olunsa, mən dünyada onların ən böyük müdafiəçisi və təbliğçisi olaram”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında yeni dərs ilindən etibarən, İran məktəblərində Azərbaycan dilinin tədrisinə icazə verilməsi haqda qərara münasibət bildirən Xalq yazıçısı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı deyib.

İranda əhalinin mütləq hissəsini təşkil edən Azərbaycan türklərinin ana dilində təhsil almaq hüquqlarına qoyulmuş məhdudiyyət tədricən aradan qaldırılır.

Bu barədə məlumat verən İranın Şərqi Azərbaycan vilayətinin rəhbəri Cəfər Paşainin sözlərinə görə, ölkənin təhsil nazirinin əmrinə əsasən, artıq yeni tədris ilindən başlayaraq, vilayətdəki orta məktəblərdə həftədə 2 dəfə Azərbaycan dili tədris olunacaq.

İran hakimiyyətinin bu qərarını Yenicag.az-a şərh edən Sabir Rüstəmxanlı Tehran rejiminin sözügedən addımına şübhə ilə yanaşdığını gizlətməyib:

“İran Konstitusiyasında da milli azlıqların öz dilində təhsil almaq hüququ öz əksini tapıb. Məsələ bu işin nə dərəcədə ciddi şəkildə yerinə yetirilməsidir. Bu iş nə vaxt reallaşar, onda daha ətraflı danışmaq olar”.

Çünki sabah müxtəlif bəhanələr gətirəcəklər ki, dərslik yoxdur-filan, məsələnin sadəcə, kağız üzərində qalmasına nail olacaqlar. İranın bu hərəkəti gözə kül üfürməkdən başqa bir şey deyil. Bu işə ciddi yanaşılmalıdı. Dərsliklər ortada olmalıdır.

Azərbaycan olaraq, biz də kömək etməyə hazırıq. Əgər dedikləri kimi Azərbaycan dili İranda tədris olunsa, mən dünyada onların ən böyük müdafiəçisi və təbliğçisi olaram”.

Firuz Asanov

www.yenicag.az

731