Sabirabad sakini bıçaqla özünə xəsarət yetirib
Sabirabad sakini bıçaqla özünə ağır xəsarət yetirib.
Ötən gecə saat 22.30 radələrində Şirvan şəhər xəstəxanasına bıçaq yarası almış xəstə daxil olub. Sabirabad rayon Osmanlı kənd sakini 1962-ci il təvəllüdlü Məmmədov Famil Kamil oğlu qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, xəstənin vəziyyəti orta-ağır stabildir.
Sabirabad polis şöbəsindən verilən məlumata görə, yaralı bıçaq xəsarətini özü özünə yetirdiyini iddia edir.
Faktla bağlı Sabirabad polis şöbəsi tərəfindən araşdırma aparılır.