Sabirabadda yeniyetmə qızı öldürərək Kürə atan oğlan tutuldu - YENİLƏNDİ

media-hightechnic-468x90

Sabirabadda yeniyetmə qızı qətlə yetirərək Kür çayına atan şəxslə bağlı yeni xəbər var.

media-banner_tuq

Yenicag.az-ın məlumatına görə, hadisəni törədən 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Qətlə yetirilən yeniyetmə qızın meyiti isə sudan çıxarılıb.

***

Sabirabadda qətl hadisəsi baş verib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb.

Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb.

Hazırda Kür çayında meyitin axtarışları aparılır.

Faktla bağlı araşdırma gedir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05