Sabirabaddakı dəhşətli qəzanın görüntüləri – Video,Foto

Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində qəza qeydə alınıb.

Yenicag.az ARB TV-yə istinadən xəbər verir ki, “Mercedes” markalı minik avtomobili ilə “KamAZ” markalı yük maşını toqquşub. “Mercedes”in sürücüsü, Füzuli rayon sakini, 36 yaşlı Fərman Mustafayevin, 21 yaşlı Elsevər Quluzadənin, 20 yaşlı Səxavət Rəsulzadənin meyiti FHN-nin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb.

Qəzada xəsarət alan 21 yaşlı Etibar Eyvazlı xəstəxanada dünyasını dəyişib.

Digər xəsarət alan şəxs 22 yaşlı Araz Xənimliyə həkimlər tibbi yardım göstəriblər.