Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

SABİS artıq Bakıda-Foto

92933Dünyanın 18 ölkəsində 60 məktəb ilə xidmət göstərən SABİS Beynəlxalq məktəblər şəbəkəsi sentyabr ayından etibarən Bakıda fəaliyyətə başlayacaq.

Hazırlıq işlərinin gedişatı ilə bağlı SABİS Beynəlxalq məktəblər şəbəkəsinin Müşahidə Şurasının sədri xanım Leyla Saad və prezidenti cənab Karl Bistani Azərbaycana səfər ediblər. Bu münasibətlə “Xəyal Adası”nda KİV nümayəndələri ilə görüş keçirilib. Ölkəmizdə məktəblər şəbəkəsinin fəaliyyətə başlaması üçün dəstək olan “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal tədbir zamanı “Xəyal Adası” layihəsi barədə jurnalistlərə geniş məlumat verib və SABİS Sun Beynəlxalq məktəblər şəbəkəsinin ümumilikdə Azərbaycan təhsilinin inkişafına mühüm töhfə verəcəyini söyləyib.

Tədbirdə SABİS Beynəlxalq məktəblər şəbəkəsinin prezidenti Karl Bistani isə jurnalistlər üçün təqdimat keçirərək adıçəkilən təhsil müəssisəsi barədə geniş məlumat verib və onların suallarını cavablandırıb.

Beynəlxalq standartlara tam cavab verəcək bu məktəb kompleksində təhsil ingilis dilində aparılacaq. Bundan əlavə, şagirdlərə Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq Azərbaycan dili və yerli əhəmiyyətli digər fənnlər də tədris ediləcək. Həmçinin şagirdlərə Azərbaycan və ingilis dilindən əlavə fransız və ya rus dilini öyrənmək imkanı da yaradılacaq. “Azərsun Holdinq”ə məxsus “Xəyal Adası”nda fəaliyyətə başlayacaq SABİS SUN beynəlxalq məktəb kompleksi müstəqil təhsil müəssisəsidir. Buranın daha bir özəlliyi isə öz düşərgəsinin olmasıdır.

Təhsil ocağında müxtəlif fənnlərin tədrisindən əlavə idmana məşğələlərinə də böyük diqqət ayrılacaq. Belə ki, burada təhsil alanlar üçün xüsusi idman kompleksinin inşası da nəzərdə tutulub Sabis beynəlxalq məktəblərində şagirdlərin intelektual səviyyələrinin yüksəldilməsi üçün həfftə sonu tədbirləri, yay məktəbləri və digər tədbirlər həyata keçiriləcək.

Qeyd edək ki, SABİS beynəlxalq məktəblər şəbəkəsinə şagird qəbuluna artıq başlanılıb.

 

www.yenicag.az

231