Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Şabranda 6 otaqlı ev yanıb, xəsarət alanlar var

Şabranda yanğın qeydə alınıb.

Yeniçağ.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 450 m2 olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 2 otağın tavanı və dam örtüyü 30 m2 sahədə yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə ev sahibi tərəfindən və digər 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 10:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yeniçağ.Az

www.yenicag.az

119