Şabranda kütləvi zəhərlənmə - Araşdırmalara başlanıldı

media-hightechnic-468x90

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət araşdırma qrupu Şabranda baş verən kütləvi qida zəhərlənməsi ilə bağlı hadisə yerinə ezam olunub.

Bu barədə Yenicag.az-a AQTA-dan məlumat verilib.

Agentlik əmkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, son iki gündə Şabran Rayon Mərkəzi xəstəxanasına 20 nəfərdən çox rayon sakini qida zəhərlənməsi diaqnozu ilə müraciət edib. İlkin ehtimala görə, həmin şəxslər doğum günü mərasimində yedikləri tortdan zəhərləniblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600