!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Saçı “ağ”, çiyni “kəpəkli” heykəllər... - FOTOLAR

!Reklam – Yazi

Saçı “ağ”, çiyni “kəpəkli” heykəllər…
Turana qılıncdan daha kəskin, ulu qüvvət
Yalnız Mədəniyyət, Mədəniyyət, Mədəniyyət!

Tarix Azərbaycana nə qədər sərt davransa da, ona olmazın bəlalarını verib uçuruma sürükləsə də, torpaqlarının yağmalanmasını rəva görsə də, Azərbaycana, bu millətə bütün bunların əvəzi ola biləcək elə bir hədiyyə verib ki, bu hədiyyə bütün bəlaların fövqündə tarix qarşısında baş əyməyə kifayət edər. Söhbət Azərbaycanın tarixi Şəxsiyyətlərindən gedir. O tarixi Şəxsiyyətlərdən ki, bütün amal və məqsədləri xalqını aydınlığa çıxarmaq, onları bir millət kimi formalaşdırmaq olub. O tarixi Şəxsiyyətlərdən ki, bu millət üçün, onun gələcəyi, azadlığı üçün öz azadlıqlarından və həyatlarından vaz keçərək, millətə istiqbal dolu bir gələcək yadigar qoyaraq bu dünyadan köçüblər. Ancaq onlar yaşayırlar! – Ürəklərdə və bir də onların şərəfinə ucaldılmış Heykəllərdə.

Ürəklər və Heykəllər…

Təmizlənməyən Heykəllər. Saçı “ağ”, çiyni “kəpəkli” Heykəllər…
Müxtəlif yerlərdə ucaldılmış Heykəllər incəsənət nümunəsidir. İncəsənət də diqqət və qayğı tələb edir. Ancaq təəssüflər olsun ki, əksər Heykəllər bu diqqət və qayğıdan məhrumdurlar. Heykəllərin təmizlənməsi ilə hansı qurumun məşğul olduğunu bilmirəm, ancaq təsəvvür etmək çətin deyil ki, belə qurum yoxdur. Varsa da, yoxdur. Çünki bunu görə bilmirik. Yenə də adını eşidib, üzünü görə bilmədiyimiz “Aidiyyatı qurum” çıxmazında yol axtarırıq.
İndi sizə fotolarını təqdim edəcəyimiz Heykəllər (hələ bu, az qismidir) təmizlikdən məhrum qoyulmaqla yanaşı, həm də “boynubükük”dürlər.

Ümid edirik ki, bu yazıdan sonra (dəfələrlə yazılmasına baxmayaraq!) lazımi tədbirlər görüləcək və incəsənət abidələrimiz mühafizə edilərək öz təmizliklərinə qovuşdurulacaqlar! (Ümid edirik!)

Aqil Bəkir
Foto: Pərviz Mustafa

www.yenicag.az

6964
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv