Reklam

Reklam

1 (1)Tələblərini pozanlara qarşı 1000 manat cərimə nəzərdə tutulur.

Şadlıq evlərində musiqi çalınarkən istifadə edilən səsin gücü 85 desibeldən yüksək olmamalıdır.

Bunu açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib.

Onun sözlərinə görə, bu məsələ qurum tərəfindən hazırlanan sənəddə öz əksini tapıb:

“Şadlıq saraylarında nəzərdə tutulan səs diapazonundan artıq səsləndirmə insan sağlamlığına ziyandır. Ona görə də bütün şadlıq sarayları bu qaydalara əməl etməli və göstərilən diapazonu keçməməlidirlər”.

Mütəxəssislər isə əksər şadlıq evlərində musiqi çalınarkən 200-300 desibel səs gücündən istifadə olunduğunu deyirlər. Şadlıq evlərindən isə bunu toy sahiblərinin tələbləri ilə əlaqələndirirlər.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əsasən şadlıq evlərində akustika tələblərini pozanlara qarşı 1000 manat cərimə nəzərdə tutulur(trend).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 46
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."