Sağlam doğuşla bağlı həkimlərə bonuslar veriləcək

media-hightechnic-468x90

“Məqsədimiz xidmətlər zərfində olan 35 ilkin tibbi xidməti yaxın 5 ildə 150-yə çatdırmaqdır. Bərdədə tətbiq olunan pilot layihədə bu xidmətlərin sayı 83-ə çatdırılacaq”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri İsa Əliyev deyib.

O bildirib ki, bu il Bərdədə pilot qaydada ana-uşaq sağlamlığı ilə bağlı bonusların verilməsinə başlanılması nəzərdə tutulub: “Bunun üçün həkimlərə motivasiya verilməsi düşünülür. Hamilə qadınların qeydiyyatı, sağlam doğuşunun həyata keçirilməsi üçün həkimlərə bonuslar veriləcək. Bununla bağlı həkimlərə motivasiya verilməsi düşünülür”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05