Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

Sağlam qadının orqanları köçürülən 4 nəfər xərçəngə tutuldu

Orqan transplantasiyası zamanı qeydə alınan nəticələr tibb aləmini şoka salıb.

Yenicag.az xəbər verir ki, Almaniya və Hollandiyadan olan tibb mütəxəssislərinin “American Journal of Transplantation” jurnalında dərc etdirdikləri məqalədə orqan transplantasiyasının neqativ nəticələrinə toxunulub (BBC).

Məqalədə bildirilir ki, 2007-ci ildə insultdan vəfat edən və hər hansı xəstəlikdən əziyyət çəkməyən 53 yaşlı qadının sağlam daxili orqanları (böyrəklər, ağciyər, qara ciyər və ürək) 4 müxtəlif pasientə köçürülüb.

Köçürmədən sonra pasientlərdə hər hansı problem müşahidə olunmasa da, sonra vəziyyət dəyişib və həmin şəxslərdə xərçəng xəstəliyi yaranıb.

Onların üzərində təcili cərahiyyə əməliyyat keçirilsə də, 4 pasentdən 3-ü xərçəngdən dünyasını dəyişib.

www.yenicag.az

3354
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM