!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahəsini suvarmaq istədi, məmur işdən qovdurmaqla hədələdi - VİDEO

!Reklam – Yazi

Ağdam rayonu Quzanlı qəsəbəsində pambıq tarlaları susuzluqdan quruyur.

Ağdam rayon Bağbanlı kənd sakini, Quzanlıda məskunlaşmış Qabil İsmayılov tərəfindən Yenicag.az-a daxil olan şikayətə görə, onun Quzanlı qəsəbəsində Q 151 saylı artezianın qarşısındakı 2 hektar pambıq sahəsinə su verilmir:

“Dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə su vermirlər. Nəticədə də, 2 hektar pambıq sahəsi susuzluqdan məhv olub. Pambığın qozaları artıq quruyub. Bundan sonra su versələr də, məhsul olmayacaq. Bu da o deməkdir ki, 2 hektara çəkdiyim xərc batacaq. Təsəvvür edin, deyirəm, yuxarı orqanlara şikayət edəcəm, mənə deyirlər ki, gəlib “atvyorka”mızı əlimizdən alacaqlar? Ölkə rəhbərliyi, rayon rəhbərliyi tapşırdı ki, pambıq əkin, əkdik, ancaq qazanmaq yerinə, batırdıq”.

Qabil İsmayılov sözlərinə görə, baş vermiş problemi işıqlandırmaq istədiyi üçün onu hədələyiblər:

“Ağdam Mexaniki Suvarma İdarəsinin müdiri Hafiz Əzimzadə mənə zəng edərək bildirdi ki, “mühafizədə işlədiyini öyrənmişəm. Sənin rəisinə zəng eləmişəm. İşdən çıxardacaqlar səni. Polisə də verəcəm”. Mən kiminsə dədəsindən nəsə istəmirəm axı, pambıq əkmişəm, su istəyirəm”.

Qeyd edək ki, Ağdam rayonunda bu il əkin sahələrinin suvarılması ilə bağlı çoxlu sayda şikayətlər var.

Səxavət Məmməd

COP29

www.yenicag.az

1090
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv