!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sahibə Qafarova BMT-nin yüksəksəviyyəli iclasında çıxış etdi - FOTO

!Reklam – Yazi

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatında (BMT) keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında transformativ həll yolu kimi sıfır tullantıların rolu” mövzusunda keçirilən yüksəksəviyyəli iclasda iştirak edib

Yenicag.az xəbər verir ki, Yüksəksəviyyəli iclas Türkiyənin birinci xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülmüş “Sıfır tullantı” təşəbbüsü əsasında qəbul olunmuş BMT Baş Assambleyasının qətnaməsinə həsr edilib.

Tədbirdə çıxış edən Əminə Ərdoğan insanların planetimizdə balanslı və ölçülü şəkildə dərin bağlara malik mövcud rəngarəngliyin bir parçası olduğunu söyləyib. O qeyd edib ki, bu baxımdan milyonlarla canlıya ev sahibliyi edən Yer üzünün gələcək davamlılığına həssaslıqla yanaşmalıyıq.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib. Tədbirin çox aktual bir mövzuya həsr olunduğunu bildirən spiker Sahibə Qafarova deyib ki, bəşəriyyətin üzləşdiyi bütün ciddi problemlər sırasında ətraf mühitin qorunması çox böyük əhəmiyyət kəsb edir. O vurğulayıb ki, indiki və gələcək nəsillər naminə dünyanın daha yaxşı hala gətirilməsi bizim ortaq məsuliyyətimizdir. Sahibə Qafarova bu mənada Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğan tərəfindən irəli sürülən “Sıfır tullantı” təşəbbüsünün önəmini qeyd edib.

Çıxışda qeyd olunub ki, ətraf mühitin mühafizəsinə bütün elementlərin geniş tətbiqi ilə kompleks yanaşma uğura aparan yeganə səmərəli yoldur.

Milli Məclisin sədri çıxışında qeyd edib ki, bütün ölkələr indiki və gələcək nəsillər naminə ətraf mühiti qorumaq üçün mənəvi və hüquqi öhdəlik daşıyırlar.

Çıxşının sonunda spiker bir daha tədbirin əhəmiyyətini qeyd edib və iclasın işinə uğurlar arzulayıb.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv