Sahibə Qafarova Misir Senatının sədri ilə görüşdü

media-hightechnic-468x90

Mayın 26-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Misir Senatının sədri Abdel Vahab Abdel Razeq ilə görüşüb.

Yenicag.az xəbər verir ki, əvvəlcə Misir Senatının sədri Milli Məclisin plenar iclas zalı ilə tanış olub.

Sonra qonaqlar Milli Məclisdə Heydər Əliyev Muzeyində olublar. Senat sədri Abdel Vahab Abdel Razeq Xatirə kitabını imzalayıb. Görüşdə spiker Sahibə Qafarova, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu və səmimi dostluq üzərində qurulduğunu qeyd edib.

Söhbət zamanı ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Bildirilib ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər və görüşlər müstəsna rol oynayır.









media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600