Sahibə Qafarova Srebrenitsa qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimində iştirak edib
Bu haqda Yenicag.az-a Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib.
Azərbaycan parlamentinin sədri və digər ölkələrdən olan qonaqlar, o cümlədən ölkə və hökumət rəhbərləri, parlament sədrləri və rəsmi nümayəndələr anım tədbirləri çərçivəsində əvvəlcə “Keçməmişlərin izi ilə” sərgisi ilə tanış olublar.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova anım salonunda başsağlığı kitabını imzalayıb.
Nümayəndə heyətlərinin rəhbərləri faciə qurbanlarının xatirəsini ehtiramla yad edərək, Memorial abidənin önünə gül dəstələri düzüblər.
Milli Məclisin sədri mərasim çərçivəsində bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşüb, onlarla söhbət edib.