Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Sahibkarların KORONAVİRUS DİRƏNİŞİ: Yüzlərlə şirkət üsyana qalxdı - VİDEO

Koronavirus pandemiyası səbəbindən Rusiyanın Sankt-Peterburq şəhər bələdiyyəsinin bar və restoranların 30 dekabr – 3 yanvar tarixlərində bağlanılmasına dair qərarı sahibkarlar arasında çox ciddi narazılıq doğurub.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bələdiyyənin qərarına etiraz edən sahibkarlar “Qadağaya baxmayaraq, bu tarixlərdə açıq olacağıq” kampaniyasına başlayıblar.

Bununla yanaşı, qadağadan narazı qalan sahibkarlar başladıqları “dirəniş”lə geniş kütlələrə səslərini çatdırmaq üçün xüsusi internet saytı da yaradıblar.

Qısa müddət ərzində kampaniyaya qoşulan yüzlərlə sahibkar sayt üzərindən insanlara bayram günlərində fəaliyyət göstərəcəklərini bəyan ediblər.

Sahibkarların bu müqavimətinin onlara iri məbləğdə cərimə kəsilməsi ilə nəticələnəcəyi bildirilir.

www.yenicag.az

343