Sahil Babayev: "Pensiyalar orta hesabla 60 faiz artıb"

media-hightechnic-468x90

“Ümumilikdə, şəhid ailələri, müharibə əlilləri, müharibə iştirakçıları həyata keçirilən sosial siyasətin əsasını təşkil edir”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu fikirləri YAŞAT Fondunun bir illik fəaliyyətinə həsr olunmuş mətbuat konfransında çıxışı zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev səsləndirib.

“Vahid əlaqələndirmə mərkəzində 7 mərkəzi icra hakimiyyəti orqanının xidmətləri toplandı. Bu mərkəzlər qısa müddət ərzində fəaliyyətə başladı. Bakı şəhərini tam şəkildə əhatə edir. Mərkəzlərdə ötən 3 ay ərzində 4 min 163 şəxsə xidmət göstərilib”, – deyə nazir qeyd edib.

“Son illərdə həyata keçirilən silsilə tədbirlər nəticəsində 2018-ci ilin əvvəli ilə müqayisədə 2021-ci ilin sonunda dövlətin sosial ödənişlərə ayırdığı vəsaitin məbləği 60 faiz – 2,4 milyard manat artıb. Bu dövr ərzində pensiyalar orta hesabla 60 faiz artıb”.

Sahil Babayev çağırışların olduğunu da vurğulayıb:

“Əlbəttə, çağırışlar, istəklər var. Onların icra edilməsi istiqamətində sistemli işimizi davam etdirəcəyik. Çətinliklərlə rastlaşdığımız dövrlər də olacaq”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05