“Sahil” stansiyasında eskalator dayandı – SƏBƏB

Bakı metrosunun “Sahil” stansiyasında eskalator dayanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, eskalatorun dayanması sərnişinin səhvi üzündən baş verib: “Sərnişinlərdən biri stansiyada yeni quraşdırılan eskalatorun təhlükəsizlik fırçaları ilə palçıqlı ayaqqabılarını silib. Nəticədə eskalator dayanıb. Dərhal digər eskalator hərəkətə salınıb”.

B.Məmmədovun sözlərinə görə, araşdırmalar zamanı məlum olub ki, eskalator palçığa reaksiya verib və buna görə dayanıb: “Hazırda problem aradan qaldırılıb və həmin eskalator da təmizlənəndən sonra hərəkətə gətirilib”.