!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şahin Mustafayev: "Azərbaycan BƏƏ-yə ticarət missiyaları göndərəcək"

!Reklam – Yazi

Azərbaycan dekbarın 8-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) ticarət missiyası göndərəcək.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib: “Made in Azerbaijan” brendi altında məhsullarımızı təbliğ etmək məqsədilə Əbu-Dabi və Şarcaya ticarət missiyası göndəriləcək. Qeyd etmək istərdim ki, artıq ötən il BƏƏ-də Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərməyə başlayıb və Dubayda Azərbaycan Ticarət Evinin açılması işi yekunlaşmaq üzrədir”.

Ş.Mustafayev qeyd edib ki, BƏƏ-nin Azərbaycanda investisiyalarının həcmi 2,1 milyard dollar təşkil edir ki, bu vəsaitin də 1,3 milyard dolları neft sektoruna, 806 milyon dollar isə qeyri-neft sektoruna yatırılıb.

Nazirin sözlərinə görə, Azərbycanın BƏƏ-yə yatırımları isə 330 milyon dollar təşkil edib.

Ş.Mustafayev əlavə edib ki, hazırda BƏƏ-nin təxminən 300 şirkəti Azərbaycanda fəaliyyət göstərir./Trend/

www.yenicag.az

14066
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv