!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şahzadənin başlamadan qürub edən günəşi - “Trampın dəstəklədiyi vəliəhd ölkəni sərxoş sürücü kimi idarə edir”

!Reklam – Yazi

Camal Qaşıqçı Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gedərkən birbaşa tələyə doğru getdiyini anlayıb. Maraqlıdır ki, Camal Qaşıqçı həmin anda nə fikirləşirdi? O, iki nəfər tərəfindən həmin diplomatik nümayəndəliyin binasında sorğu-sual edilib.

Qaşıqçı həmin əraziyə ilk dəfə gələn xarici deyildi. Ona Səudiyyə Ərəbistanının konsul və səfirliklərinin necə işləməsi bəllidir. Qaşıqçının özü Vaşinqton və Londondakı diplomatik idarələrdə çalışıb. O, diplomatik vəzifənin çətinlik və fəsadlarına yaxşı bələd idi.

Qaşıqçı fikirləşirdi ki, o qaydaları da bilir. Camal Səudiyyə Ərəbistanın keçmiş kəşfiyyat xidmət rəhbəri Turki bin Faisal üçün çalışıb. Oyunun qaydaları kobud olsa da, məqsədəuyğun idi. Bu oyunda açıq qırmızı xətlər var idi. Əgər siz bu oyun qaydalarını bilsəydiniz, onda siz bu düşünülmüş riskə gedərdiniz.

Son saniyələr

Qaşıqçı yenicə İstanbulda mənzil almışdı. O yaxın günlərdə evlənməyə hazırlaşırdı. Evlənəcək cütlük onlara çatdırılacaq mebeli gözləyirdi. O, özünün üzləşəcəyi hər hansı xoşagəlməz vəziyyət və yaxud saxlanacağı barədə də düşünürdü. Qaşıqçı hansı səbəbdən oğurlanması riskinə gedərək Türkiyədə yeni nigaha daxil olması barədə sənədə razılıq verib? Qaşıqçı öz dostlarına bildirib ki, o həbsxanaya düşməmək üçün krallığı tərk edib. Buna görə də o, danışmağı özünə mənəvi borc bilir. Əgər o da digər minlərlə insan kimi türmədə əziyyət çəkərək sağ qalsaydı, onda onun da danışmağa mənəvi haqqı olardı.

Virginiyada sürüşmə

4-cü fırtına növü kimi Qaşıqçının öldürülməsi bütün prosesləri dəyişdi. Bu proses Türkiyənin Bosfor boğazından keçməyərək Orta Şərqin böyük ərazisi boyunca iki ölkə arasında (Səudiyyə Ərəbistanı və Türkiyə) qısa mübahisə doğuran məsələyə aparır. Hər iki ölkənin bir-birindən fərqli olaraq jurnalistlərə qarşı münasibətdə ziddiyyətli dosyeləri var.

Gecə vaxtı baş verən hadisələrin təfərrüatı bu qətli aşkara çıxarır: özəl uçaqda olan sərnişinlərin kimliyi, Qaşıqçının bədəninin bir hissəsini kəsmək üçün tibbi mişardan istifadə olunması, onun baş konsulluğun binasına aparılması, Qaşıqçının qorxunc doğuran audio və vizual yazılışdan ibarət olan istintaqı, işgəncə və ölüm.

Bu və buna bənzər xəbərləri türklər özlərinin Qərb müttəfiqləri ilə bölüşərək Ağ Ev və Amerikada böyük böhran yarada bildilər.

Bu böhranın əhatə dairəsi indi yaranmağa başlayır. Bu vandalizmlə İslam Dövləti qrupu qürur duya bilərdi. Tamamilə günahsız və yüksək profilli qurban aldadılaraq, döyülərək, işgəncəyə məruz qalaraq heyvan kimi qurbana çevrilib. Lakin bu vəhşi hərəkət dini fanatlar tərəfindən törədilməyib. Bu barbar hərəkət dövlət vəsaitlərindən istifadə edərək Orta Şərqdə Amerikanın əsas ərəb müttəfiqinin özünün diplomatik nümayəndəlik binasında göstəriş əsasında törədilib.

Ər-Riyad törədilən bu qətlə görə məsuliyyəti təkzib etməkdə davam edir. Səudiyyə Ərəbistanı rəsmiləri Camal Qaşıqçının qeyb olmasında onların əli olması barədə ittihamları rədd edərək bildirirlər ki, Camal Qaşıqçı İstanbuldakı Konsullağa daxil olduqdan az sonra oranı tərk edib. Halbuki, Səudiyyə rəsmiləri öz dediklərini əsaslandırmaq üçün inandırıcı sübut təqdim etməyiblər. Onlar həmçinin bildirirlər ki, konsulluqdakı müşahidə video kameraları həmin vaxt bütün görüntüləri qeydə almayıb.

Camal fırtınası Virginiyada torpaq sürüşməsi yaratdı və indi Ağ Evə doğru gedir. “Bu insident Türkiyədə baş verib və Qaşıqçı Birləşmiş Ştatların vətəndaşı deyil”, – deyə Birləşmiş Ştatlar prezidenti Donald Tramp əbəs yerə olaraq bildirib. “Lakin həmin vaxta kimi Qaşıqçı bir çoxları kimi səudiyyəli dissident olmayıb. O, Virginiya sakini idi”, -deyə Tramp fikrini davam edib.

Haşiyə

Pensilvaniya Prospekti boyunca bütün müəyyənlikləri dağıtmaq üçün ildırım çaxmağa başladı: həmin taxt-tac vəliəhdi Məhəmməd bin Salmanın şəxsi mühafizəsindən 15 nəfər seçilərək qatil kimi hazırlandılar. Bu ilin əvvəlində nəşrdən çıxan “Atəş və Qəzəb” kitabının müəllifi Maykl Volf bu kitabda Trampın dostlarına dediyi “biz öz adamımızı zirvəyə qoyduq” sözlərini sitat gətirir.

Prezident Trampın kürəkəni və Ağ Evin adyutantı Cared Kuşner də bin Salmanla çox isti münasibətlərdə olaraq onunla saat 4-kimi görüş keçirib. Baş verən prosesləri müzakirə edərək strategiya planlaşdırıblar (MBS özünün etibar etdiyi şəxslərə bildirib ki, Kuşner bin Salmana Səudiyyə taxt-tacına loyallıq göstərməyən şəxslərin adlarını söyləyib. Lakin Kuşnerin sözçüsü bu ittihamları təkzib edir).

Həmişə simasında Trampdan dəstək alan şahzadə ifadəsini göstərən bin Salman indi çətinliklərlə üzləşib. Bundan əlavə, Birləşmiş Ştatlar mediası fasiləsiz və ifşaedici, o cümlədən, tərif dolu məqalələr yazaraq, bin Salmanı gənc islahatçı kimi təqdim edir, gah da diktatorluqda ittiham edir.

Bütün bunlar bir gecədə baş verdi və bunun fəsadları hər yerdədir. Birləşmiş Ştatlar mediası qəzəblənib. “Vaşinqton Post” nəşrində Camal Qaşıqçıyə dair məqalələr üzrə redaktor Karen Attiah özünün Tvitter səhifəsində buna münasibət bildirib: “Qərbin Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd Bin Salmana dair ikiüzlü siyasətinə son qoyaq”.

“O, islahatçı deyil. Məhəmməd bin Salman dəli oğlan şahzadədir. O, neft pullarını əldə edərək ölkəsini alkoqol içki içmiş ehtiyatsız sürücü kimi idarə edir. Onun ucbatından insanlar həyatlarını itirirlər”, – deyə Karen Attiah öz narahatlığını 12 oktyabrda Tvitter hesabında ifadə edib.

Ər-Riyad narahatdır?

Bu ayın sonunda Ər-Riyadda keçiriləcək “Gələcək Sərmayə Təşəbbüsü” adlı konfrans Səudiyyə Ərəbistanı rəsmilərinin yaxşı əhvalda olmasını göstərir. Lakin Səudiyyə Ərəbistanından kənarda Ər-Riyada bağlı bir sıra məşhur şəxs və şirkətlər narahatlıq ifadə edirlər. Bu narahatlıq dünya şöhrətli Riçard Branson, “The New York Times” qəzeti, “CNN”, o cümlədən “Uber Texnologiyaları”nın İcraçı Direktoru Dara Xosrouşay və “Viacom İnc”nin İcraçı Direktoru Bob Bakiş tərəfindən ifadə edilir.

Hətta dünyaca məşhur “Financial Times” nəşri də ciddi mövqe tutub.

Küləklər hətta “Kapitol Hill”ə doğru da əsməyə başlayıb. Senatdakı bitərəf hərəkat Salmana qarşı Maqnitski Aktı (ciddi cinayət törədən ruslara qarşı tətbiq edilən qanunvericilik) sanksiyasının tətbiq olunmasını nəzərdən keçirir.

Səudiyyəlilərin ağlında oğul vəliəhdi gözləniləcək fırtnadan necə qorumaq fikri dolaşır.

Aparıcı respublikaçı senator Pol Rənd “Qaşıqçının sağ-salamat qayıtmasına qədər” Səudiyyə Ərəbistanı hərbi sisteminə maliyyələşməni, təlim keçməni və digər əlaqə vasitələrini dayandırmağı təklif edir.

Nüfuzlu respublikaçı senator Lindsi Qrəhəm “CNN” kanalına öz fikirlərini bildirib: “Siz Şerlok Holms deyilsiniz ki, burada narahat olasınız. Və əgər bu qətl Səudiyyə hökumətinin əli ilə törədilibsə və yaxud Səudiyyə kralının hansısa yollarla bu qətldə əli varsa, o zaman Səudiyyə rəhbərliyi ölkəsinin beynəlxalq aləmə qoşulması yollarını bağlayır”.

Vaşinqton şəhərində Səudiyyə və Əmirlik lobbiçilərinin Salmanın dünya miqyasına çıxması üçün hazırladıqları şəbəkə dağılmağa başlayır.

2017-ci ilin aprel ayından Səudiyyə Ərəbistanına məşvərət yardımı edən Harbor Qrupu oktyabrın 11-də 80 000 Birləşmiş Ştatlar dəyərində olan razılaşmaya xitam verib. Harbor Qrupun idarəedici direktoru Riçard Mintz bildirib ki, ”biz Səudiyyə Ərəbistanı ilə əlaqələri kəsdik”. Mintz Birləşmiş Ərəb Əmirliklərinin Vaşinqtondakı səfiri Yusif əl Otaiba ilə çox yaxın münasibətlərdə olub. Yusif əl Otaiba Məhəmməd Salmanın Vaşinqton şəhərində əsas təbliğatçısı idi.

Vaxtında bilinməsi vacib olan məqamlar

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan şahzadə Xalid əl-Faisalın rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətini qəbul etməyə hazırlaşırdı. Xalid əl-Faisal Məkkə şəhərinin qubernatoru və kralın xüsusi müşaviridir. Şahzadə Xalid əl-Faisalın Qaşıqçının keçmiş rəhbəri şahzadə Turki əl-Faisalın böyük qardaşı olması faktı nəzərə çarpmır. Şahzadə Turki əl-Faisal vaxtilə kəşfiyyat rəhbəri və Səudiyyə Ərəbistanının Vaşinqton və Londonda səfiri kimi çalışıb.

Hazırda şahzadə Salmanı bu hadisələrlə hər hansı əlaqədən təcrid etmək üçün əməliyyat hazırlanır. Türkiyə və qətli törədən ölkə arasında yaranan birgə təhqiqat indi çox danışılan mövzudur. Qaşıqçının son faciə anlarını audio və video vasitəsilə özünün Qərb müttəfiqləri ilə paylaşan Türkiyə heç təhqiqatın başlamasını nəzərə almadan bu təhqiqatın nəticələrinə inandığını bildirib. Səudiyyəlilərin ağlında oğul vəliəhdi gözləniləcək fırtınadan necə qorumaq fikri dolaşır.

O da vurğulanır ki, Tramp bin Salmanı ortaya çıxartdı, onu hakimiyyətə qaldıraraq Birləşmiş Ştatların xarici siyasətini bütövlükdə ona yönləndirdi, Amerikanın hərbi və təhlükəsizlik qurumlarını ona inandıra bildi. Və Tramp vəliəhd şahzadəyə icazə verdi ki, tam cəzasızlıq şəraitində fəaliyyət göstərsin.

Prezident Tramp bu vəziyyətdə ancaq bir sual ətrafında fikirləşə bilər: Əgər 33 yaşlı bin Salman taxt-taca qalxdıqdan 16 ay sonra belə qəddar addım atmaq qabiliyyətindədirsə, onda heç bir məntiqə sığmayan, kobud ehtiyatsızlıq edən krala Birləşmiş Ştatlar öz hakimiyyətinin Fars Körfəzində və bütövlükdə regionda əsas dayağı olmağı necə etibar edə bilər?

Üç məqam Səudiyyə Ərəbistanı taxt-tacı vəliəhdinin kral olmasını şərtləndirir: İlk növbədə Ağ Evin razılığı olmalıdır. Kral ailəsinin dəstəyi olmalıdır. İctimai rəy nəzərə alınmasa da, üçüncü şərtdir. Ağ Evin Məhəmməd Bin Salmanı bəyənməsi onu daha nüfuzlu edər. Və bu status-kvo yaradır. Əgər Tramp Səudiyyə taxt-tacının vəliəhdinə onun kral olması barədə razılıq verməyibsə, onda o, Səudiyyə Ərəbistanında baş verən daxili proseslərə müdaxilə etməyəcək.

Audio və video səs yazılışı və çəkilişlərin məzmunu aydın olduqdan sonra Amerika prezidenti Tramp ancaq bir fəaliyyət kursu göstərdi. Tramp bir daha Salmana taxt-tacın zirvəsinə qalxmağa icazə verməyəcək.

Camal Qaşıqçı kimi digər hesaba alınmayan və bu rejim tərəfindən öldürülən, işgəncə verilən və həbsə alınan digər müxtəlif fikirli insanlar da var.

Devid Herst (David Hearst)
“Middle East Eye”

Qeyd: Məqalənin müəllifi Devid Herst “Middle East Eye” nəşrinin baş redaktorudur. Bundan əvvəl o “Guardian” nəşrində xarici məsələlər üzrə baş yazar kimi çalışıb. Devid Herst “Guardian”dan əvvəl “Associated Press” informasiya agentliyinin xarici məsələlər üzrə redaktoru, daha əvvəl həmin agentliyin Avropa məsələləri üzrə redaktoru, Moskva Bürosunun rəhbəri, Avropa ölkələri üzrə müxbir və İrlandiya üzrə müxbir vəzifələrində çalışıb.

COP29

www.yenicag.az

9238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv