Şakaaşvilidən Azərbaycanla bağlı mühüm layihə

media-hightechnic-468x90

pic_dbba505445ee08f07a97d391ec680732Ukraynanın Odessa vilayətinin rəhbəri Mixail Saakaşvili Asiyadan Avropaya daşınan yüklərin Rusiyadan yan keçərək daşınması üçün bərə keçidi və logistik mərkəzlərin tikintisi ilə bağlı planlarını açıqlayıb

Saakaşvili bildirib ki, Rusiyadan Avropaya yüklər 30 günə daşınır: “Azərbaycan və Gürcüstanın dəniz limanı Potidən Odessaya qədər yüklərin daşınması üçün cəmi 9 gün çəkə bilər. Bura biznesi gətirmək üçün yük daşımalarına tətbiq olunan tarifləri aşağı salmaq lazımdır. Tariflər yüksəkdir. İkincisi isə, bərə keçidləri, logistika mərkəzləri var”.

Gürcüstanın sabiq prezidenti vurğulayıb ki, Odessa böyük potensiala malikdir. Onun sözlərinə görə, artıq bərə keçidi və logistik mərkəzlərinin tikintisinə pul yatırmaq istəyən investorlarda var: “Planların reallaşdırılması üçün Odessa vilayətini korrupsiyadan təmizləmək lazımdır”.

azvision.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600