Sakinlər etiraza başladı-Penoplastlar sökülür
Bu gün Bakıda baş verən dəhşətli yanğına səbəb binanın tezalışan materialla üzlənməsi olub.
Bu barədə baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. Oxşar hadisənin 2-ci dəfə təkrarlanması isə paytaxt sakinlərinin qəzəbinə səbəb olub.
8-ci mikrorayonda yaşayan və binalarının üzlüyü penoplastdan olan bəzi bina sakinləri yaşadıqları evin örtüyünü sökməyə başlayıblar. Bu barədə sosial şəbəkələrdə foto yayılıb. Sakinlər baş vermiş yanğın hadisəsinə etiraz əlaməti olaraq, öz binalarının penoplast örtüyünü sökürlər.
Qeyd edək ki, hadisə bu gün Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında güclü yanğın qeydə alınıb. Son məlumatlara görə, yanğın nəticəsində 15 nəfər ölüb, 64 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna edilmir(aznews).