“Şakir Alıyev həbs olunmayıb” – Baş prokurorluq
Mayın 29 da tutduğu vəzifədən azad edilən Sabunçu rayon icra hakiminin 1-ci müavini Şakir Alıyev dünən həbs edilib.
Şakir Alıyevə korrupsiya və rüşvət ittihamları irəli sürülüb.
Həbs olunan icra başçısının keçmiş müavininin icra başçısı Adil Vəliyevlə münasibətlərinin pis olduğu bildirilirdi. Onun rayon ərazisində icra hakimiyyəti rəhbərliyi və ona yaxın şəxslərin tikinti aparılmasına əngəllər yaratması, tikinti icazəsi üçün rüşvət tələb etmələri haqda Prezident Adminstrasiyasına ünvanlanan çoxsaylı şikayətlərdən sonra vəzifəsindən azad edildiyi qeyd olunurdu.
Məlumata görə, Şakir Alıyev mayın 29-da işdən azad edildikdən sonra, qısa müddətdə onun Sabunçu rayonunda vəzifədə olan bütün qohumları işdən azad edilib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Axar.az-a açıqlamasında Şakir Alıievin həbs xəbərini təkzib edib. O bildirib ki, Ş.Alıyevlə bağlı yayılan korrupsiya ittihamları yalandır: “Şakir Alıyev həbs olunmayıb və ona qarşı guya Baş Prokurorluqda korrupsiya ittihamı irəli sürülməsi barədə xəbərlər kökündən yanlışdır”.