!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Salaha böyük hədiyyə - Məkkədən torpaq sahəsi...

!Reklam – Yazi

“Liverpul”un heyətində möhtəşəm oyunu ilə diqqət çəkən Məhəmməd Salah ötən gecə “Roma” ilə oyunda da futbol azarkeşlərini özünə heyran qoymağı bacardı.

Yenicag.az xəbər verir ki, İtaliya təmsilçisi ilə matçda iki qol, eyni sayda da assist edən misirli tərif yağışına “tutulub”.

Səudiyyə Ərəbistanı isə Salaha Məkkədən torpaq sahəsi hədiyyə etmək qərarına gəlib.

Bu barədə müqəddəs şəhərin bələdiyyə sədrinin müavini Fehd Ruki açıqlama verib. O bildirib ki, Salah istəsə, torpaq sahəsi satılıb, ona pulu da verilə bilər. Təbii ki, hər şey ulduz futbolçunun istəyinə uyğun reallaşacaq. Qurum rəsmisi Salah adına məscidin tikilə biləcəyini də istisna etməyib.

Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”da uğurlu çıxışından sonra İngiltərədə İslam dinini qəbul edənlərin sayı çoxalıb.

www.yenicag.az

1698
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv